Azərbaycan mətbuatı özünün ən azad dövrünü yaşayır və sürətlə inkişaf edir – ANALİZ (LAYİHƏ)
Azərbaycan Müstəqil Dövlətlər Birliyində mətbuat üzərində senzuranı ləğv etmiş ilk dövlətdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə Azərbaycan mətbuatı üzərindəki senzura həmişəlik ləğv edilib. Həmin Fərmandan sonra Azərbaycan mətbuatı mühüm inkişaf mərhələsinə qədəm qoymuş, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindən biri kimi inkişaf edib.
Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsipinin müdafiəsində mətbuatın xüsusi rolu vardır. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı xüsusilə qiymətlidir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli ortaya qoyuldu. Ümummilli lider ölkəyə rəhbərliyi dövründə nəinki senzuranı ləğv edib, həm də azad mətbuatın qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan verib. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələrinin üzərindən əlavə dəyər vergisi götürülüb, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu azaldılıb.
1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırıb. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında verilən Fərman və sərəncamlar mətbuata göstərilən qayğının miqyasını daha da artırib. Bunun nəticəsi olaraq 2002-ci ildə ümummilli lider Heydər Əliyev jurnalistlərin dostu elan edilib. Ulu öndərin mətbuata qayğısı istiqamətində həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ərəfəsində mətbu orqanlara güzəştli kreditlərin ayrılması dövlətin mətbuatın inkişafında maraqlı olduğunu bir daha təsdiqləib. Həmin il qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları silinib. 30-a yaxın KİV-ə maddi yardım edilmiş, 140-dək jurnalistə təqaüdlər, fəxri adlar, orden və medallar verilib. 2008-ci ildə isə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb.
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu gün ölkədə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata alınib. 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçib. 36 gündəlik, 100-ə yaxın həftəlik və 80-dən artıq aylıq qəzet nəşr olunur.
Dövlətimizin başçısı İlham Əliyevin mətbuatın 135 illik yubileyinin keçirilməsi, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunması haqqında imzaladığı sərəncamlar bir daha göstərib ki, dövlət milli mətbuatın inkişafında bundan sonra da maraqlıdır və bunun üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı digər peşə sahibləri kimi jurnalistlərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədi ilə dövlətimizin başçısının ehtiyat fondundan 5 milyon manat vəsaitin ayrılması bu sahədə ardıcıl tədbirlərin davamı olub.
Milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində Prezidentin Sərəncamına əsasən müasir tələblər səviyyəsində inşa edilən Mətbuat Şurasının yeni inzibati binasının açılışı jurnalistlərə daha bir hədiyyə olub. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin milli mətbuatın durumu və inkişaf perspektivləri, qarşıda duran vəzifələrə dair geniş və dolğun nitqində jurnalistika tədrisinin səviyyəsinin yüksəldilməsi, bu sahədə peşəkarlığının artırılması, KİV-lərin reklam bazarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı addımlar atılacağı bildirilib.
Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qəzet təsis etmək, yazılı media ilə məşğul olmaq üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur.
Bütün bunlar Azərbaycan hökumətinin bundan sonra da demokratiyanın inkişafı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmində olduğunu təsdiq edir.
Mətbuatımızın digər problemli məsələsi isə adını müxalif mətbuat qoyan, əslində ölkədə destruktiv fəaliyyətlə məşğul olan bir qrup insanın təsis etdiyi media vasitələridir. Müxalifət mətbuatı bu gün tam olaraq siyasi qüvvələrin əlində rupora çevrilib. Yalnız siyasi sifarişlərə əsasən işləyən bu partiya qəzetlərinin əməkdaşları da siyasi
Özünü müstəqil elan etmiş mətbuatla yanaşı, xarici donorlar tərəfindən maliyyələşdirilən bir sıra insan hüquqları məsələləri üzrə fondların da müxtəlif təxribatlar törətməklə ölkəmizdə gedən demokratiya prosesinə kölgə salmağa çalışdığı vurğulanır: "Bir müddət öncə baş vermiş hadisə – Azərbaycan Xalq Cəbhəsi Partiyasının "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil ətrafında baş vermiş olay – müxalifətin ölkədə xaos yaratmaq və hazırkı iqtidarın imicinə zərbə vurmaq cəhdi üçün gözəl nümunədir. Beynəlxalq təşkilatlar və səfirliklər hadisəni araşdırmadan bəyanat yayaraq hökuməti tənqid ediblər. Bir sıra yerli qəzetlər də bu hadisə ətrafında qərəzli müzakirələri davam etdirərək hakimiyyətə qarşı "soyuq duş" effekti yaradıblar. Ümumiyyətlə, mətbuat elə bir vasitədir ki, onunla insanların hakimiyyətə qarşı neqativ şüurunu formalaşdırmaq olar. Amma təcili olaraq peşəkar jurnalistlərdən ibarət tədqiqat qrupu yaradılıb və araşdırıcı komanda hadisəni tədqiq etdikdən sonra əsl həqiqəti 13 mart 2008–ci ildə ortaya çıxarıb".
Demək artıq bütün dünya Azərbaycan müxalifətinin iç üzünü tanıyıb və bu təxribat xarakterli planın əvvəlcədən AXCP sədri Əli Kərimli tərəfindən hazırlandığı göstərilib. Hadisədə qurban rolu oynayan jurnalist Aqil Xəlilə isə qonorar kimi 15 min ABŞ dolları mükafat verilib: "Artıq bir ilə yaxın bir müddət ərzində qərargahsız qalan, bütün resursları tükənən Azərbaycan Xalq Cəbhəsi Partiyasının xarici donor təşkilatlarından bir daha maliyyə yardımı almaq imkanı sıfır səviyyəsinə enib. Belə olan halda, yenidən gündəmdə qalmaq, hakimiyyətə alternativ ola biləcək real qüvvənin məhz AXCP olduğunu beynəlxalq təşkilatlara nümayiş etdirmək üçün belə bir çirkin plana əl atılıb. Nəticədə, bütün beynəlxalq təşkilatların diqqəti yenidən Azərbaycana yönəldilib."
Göründüyü kimi, artıq dünya ictimaiyyəti müxalıifətin hazırladığı siyasi şoulara inanmır. Onların məhz maddiyyat arxasında gizlənən və pul xatirinə hər bir şeyə razı olan kəsim olduğunu dərk edən həm Azərbaycan vətəndaşları, həm də beynəlxalq təsisatlar bu ucuz şoularda yer almaq istəmir. Müxalifət tam şəkildə bitib və onların siyasi fəaliyyətsizliyi ilə yanaşı milli mətbuat ənənəsinə zidd addımları qəzəblə qarşılanır. Müxalifət də öz sonunun gəldiyini anlayıb. Elə bu səbəbdəndir hamıya, hətta illərlə yol gəldikləri insanlara belə qara yaxmaqdan çəkinmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB