Bu yolda rənglənmə işləri aparılacaq

Bu yolda rənglənmə işləri aparılacaq

Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə məlumatında deyilir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə