Güclü külək dayanacağı uçurdu FOTOLAR

Güclü külək dayanacağı uçurdu FOTOLAR

Bakının Yeni Salyan yolu 22 ünvanında - Jurnalistlər binasının qarşısında bu yaxınlarda quraşdırılmış avtobus dayanacağı dünən axşamdan başlayan güclü külək nəticəsində yararsız vəziyyətə düşüb. SİA xəbər verir ki, artıq dayanacaqdan istifadə etmək qeyri-mümkündür və onun dağılmış hissələri, eləcə də şüşə qırıntıları ətrafa və avtomobil yoluna səpələnib.

Olayla bağlı agentliyimizə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, əraziyə əməkdaşlar göndərilib və dayanacağın bərpası qısa müddətdə həll olunacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə