Prezident Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənəddə deyilir:
Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilsin.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzinə bildiriş göndərsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB