Qusarda Gömrük Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilir FOTOLAR

Qusarda Gömrük Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilir FOTOLAR

Bu gün Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Qusarda jurnalistlər üçün "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda 5 günlük təlimə start verilib. SİA xəbər verir ki, təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev çıxış edib.

Bildirib ki, gömrük komitəsi dinamik inkişaf edən dövlət təşkilatıdır. İctimaiyyətin bu sahədə məlumatı hələ də azdır.İctimaiyyət gömrüyün tam funksiyasının nədən olduğunu bilmir. Gömrük rüsumları, yığımları haqda düzgün məlumatları yoxdur. Bu sahədə düzgün maariflənmə işinin apaılması üçün media nümayındılərinə ehtiyyac var.

Bildiyiniz kimi gömrük sistemində geniş islahatlar aparılıb. Komitə əməkdaşlarının maaşları qaldırılıb. Kəmiyyət dəyişiklikəri aparılıb. lakin keyfiyyət dəyişikliyinin aparılması üçün ictimiayyətini dəstəyi lazımdır. 5 gün ərzində media nümayəndələrinə bu sahədə görülən işlər haqda müzakirələr olacaq, təqdimatlar keçiriləcək.

Sonra çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev, "Bizim yol" qəzetinin və bizimyol.info portalının baş redaktoru Bahəddin Həziyev, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bu sahədə görülən işlərlə bağlı fikirlərini bildiriblər. Dövlət Gömrük Komitəsi ilə KİV arasında əməkdaşlığın bundan sonra da sıx olacağını vurğulayıblar

Bütün xəbərlər Facebook səhifəmizdə