Doğulmamış uşaq Facebook-da satışa çıxarıldı

Doğulmamış uşaq Facebook-da satışa çıxarıldı

Misirdə valideynlər doğulmamış uşağı sosial şəbəkədə satışa çıxarmağa çalışıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, elan “Övladlığa uşaq götürün” səhifəsində yerləşdirilib. Belə ki, Hany Məhəmməd adlı istifadəçi tərəfindən yerləşdirilən elanda bildirilib ki, uşaq iki həftə müddətində doğulacaq və maraqlanan şəxslər şəxsi mesaj vasitəsilə müraciət edə bilərlər.

Təəccüblənən Facebook istifadəçisi onun niyyətini təsdiq etmək qadınla əlaqə saxlayıb. Qadın uşağın 2000 Misir funtuna (111 dollardan bir qədər baha) satıldığını bildirib. Bundan sonra “potensial” alıcı səlahiyyətlilərlə əlaqə saxlayaraq hadisə haqqında məlumat verib.

Cütlüklə əlaqə saxlayan polisə doğuşu gözləmək tövsiyə edilib. Vaxt gəldikdə, polis agenti cütlüklə görüşə gedib və uşağın atası həbs edilib. Ana xəstəxanada polis nəzarəti altında saxlanılıb. Uşağın onların ikinci övladları olduğu məlum olub. Lakin uşağın hansı niyyətlə satışa çıxarıldığı müəyyənləşdirilməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə