“Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi işlər böyük türk milləti üçün bir nümunədir”- AÇIQLAMA

“Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi işlər böyük türk milləti üçün bir nümunədir”- AÇIQLAMA
"Ümummilli lider Heydər Əliyev haqqında danışmaq çox çətin bir məsələdir. Mən inana bilmirəm ki, ümummilli lider dünyasını dəyişib". Bu sözləri SİA-ya Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov ulu öndərin anım günü ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, dahi şəxsiyyət həyatını dəyişməsinə baxmayaraq mənəvi olaraq hər zaman yanımızdadır.

Ulu öndər Heydər Əliyevi türk dünyasının öndərlərindən biri adlandırıb: "Heydər Əliyev Azərbaycan üçün yaşayan bir lider deyildi. O yalnız ölkəsinə xidmət etmirdi. Onun həyata keçirdiyi işlər Azərbaycanla yanaşı böyük türk milləti üçün bir nümunədir. Bakı- Tbilisi-Ceyhan boru kəmərinin qardaş Türkiyədən keçməsi, türk dünyasında körpü rolunu oynayacaq ən böyük layihəni ümummilli lider həyata keçirib. O millətini düşünən, ölkəsinin inkişafında, tarixində mühüm izlər qoyan bir insandır. Belə insanlar hər millətə nəsib olmur. Çox şükürlər ki, bizim millətə Heydər Əliyev kimi ağıllı, uzaqgörən, yüksək siyasətə malik bir insan nəsib olub".

Ümummilli liderin gənclər tərəfindən sevinc və sayğı ilə anıldığını deyən Ç.Bayramov söyləyib ki, ulu öndər hər bir Azərbaycan gəncliyinin, türk gəncliyinin qəlbində olmalıdır: "Biz bundan kənara çıxa bilmərik. Onun qoyduğu, yaratdığı müstəqil Azərbaycan dövləti hamımızın vətənidir. Azərbaycan tək 9 milyonluq deyil, 300 milyonluq türk dünyasının vətənidir. Azərbaycanlı olaraq bizim ən böyük mirasımız dahi şəxsiyyətin bizə qoyduğu dövlətdir. Biz bir vətəndaş olaraq hər şeyə onun baxışı ilə baxmalıyıq. Onun baxışı ilə baxarıqsa, biz daha da yüksələrik. Azərbaycan gəncliyi özündə Heydər Əliyev gücü tapmalıdır. Biz torpaqlarımızı azad etməliyik. Mən millətimizə başsağlığı deyil, ümummilli liderin ölməməzliyini bildirmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə