Sərgidə "Tufan" zirehli maşını nümayiş etdiriləcək

Sərgidə "Tufan" zirehli maşını nümayiş etdiriləcək

Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "ADEX-2018" Müdafiə Sərgisində Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

O bildirib ki, hazırda zirehli maşının istehsalı ilə bağlı son tamamlanma işləri aparılır: "Artıq "Tufan" zirehli maşınının nümunəsi hazırdır və sərgidə nümayiş olunacaq. Son sınaqlar başa çatandan sonra isə istehsalına başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə