Rəbiyyət Aslanova: “İndiki reallıq media hüquqları üzrə ombudsman səlahiyyətlərinin Azərbaycan Ombudsmanına verilməsini tələb edir”
"Media hüquqları üzrə ombudsman səlahiyyətlərinin Ombudsman Aparatına verilməsini bugünkü reallıq üçün normal hesab edirəm". SİA-ya açıqlamasında bu sözləri Milli Məclisin İnsan haqqları komitəsinin sədri Rəbiyyət Aslanova media hüquqları üzrə ombudsman səlahiyyətlərinin Ombudsman Aparatına verilməsi ilə bağlı birmənalı olmayan fikirlərə münasibət bildirərkən deyib.
Keçən illər ərzində media üzrə ombudsmanın təyin olunmadığını deyən millət vəkili bu boşluğu doldurmağa ehtiyacın yarandığını qeyd edib. Boşluğu doldurmaq üçün yeni bir quruma ehtiyac olmadığını vurğulayan komitə sədri Ombudsman Aparatının da bu missiyanı üzərinə götürə biləcəyini dilə gətirib: "Azərbaycan Ombudsmanı elə bir imkanlara malikdir ki, informasiya məsələləri üzrə Ombudsman səlahiyyətlərinin də yerinə yetirilməsində heç bir problem yoxdur".
"Azərbaycan mediasının inkişafı, özünəməxsusluğu imkan vermirdi ki, media üzrə Ombudsman yaradılsın",- deyən millət vəkili gələcəkdə bunu mümkün hesab edir: "Hər halda indiki reaalıq media üzrə səlahiyyətlərin Azərbaycan Ombudsmanına verilməsini tələb edir".
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası media məsələləri üzrə ombudsman səlahiyyətlərinin insan hüquqları üzrə Ombudsmana verilməsinin qarşısının alınması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda da informasiya məsələləri üzrə ombudsmanının fəaliyyət üçün kifayət qədər əhatəli strategiya müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB