Murtuzəli Hacıyev: “Yeni sərəncam müsbət təsirlərini göstərməyə davam edir"- Açıqlama
"Yeni sərəncam müsbət təsirlərini göstərməyə davam edir". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, dekabrın 3-də qəbul edilən sərəncam bir sıra nazirliklərin əvvəlcədən razılaşdırılmış ortaq təkliflərinə əsasən qəbul edilib: "Azərbaycan Respublikası İqtisadi İnkişaf, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Vergilər Nazirliklərinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə razılılaşdırılmış təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin 231 saylı sərəncamı ilə ölkəmizə idxal edilən buğda, buğda unu və çovdar ununa olan Əlavə Dəyər Vergisi ləğv edilib. Təbii ki, bu sərəncam bazarlarda unun və çörəyin qiymətinə təsir edəcək. Artıq bir neçə mağazada müşahidələr aparmışıq və məlum olub ki, çörəyin qiyməti əvvəlki kimidir. Zavod çörəyi 30 qəpiyə düşüb. Bu da yeni sərəncamın müsbət təsirlərinin ilkin göstəriciləridir".
Qərarın 2011-ci ilin avqust ayının 1-nə qədər qüvvədə olduğunu deyən mətbuat xidmətinin rəhbəri bunun səbəbini avqust ayında yerli istehsalın olması ilə əlaqələndirib: "Avqust ayından etibarən artıq yerli istehsalımız olur, yəni fermerlər əkdikləri taxılı toplayır və bazara çıxarırlar. Məhz buna görə də qərar bu prosesin başlanacağı vaxta, yəni avqust ayının 1-nə kimi qüvvədədir. Çünki həmin aydan başlayaraq biz yerli istehsalımızı müəyyənləşdirir, nə qədər idxala ehtiyac olduğunu və nə qədər ixrac olacağını planlaşdırırıq".
M.Hacıyev onu da bildirib ki, bu il üçün 900 min hektar sahədə payızlıq taxıl əkilməsi planlaşdırılıb. Belə ki, bunun 600 min hektardan çoxunu buğda əkininin təşkil edəcəyi gözlənilir: "Proqnozlarımıza əsasən respublikada bu il 2,5 milyon ton taxıl əkiləcək. Yerli istehsalı və idxalı da nəzərə alsaq Azərbaycanda taxıl sahəsində qıtlıq olmadığını və bu il də kifayət qədər taxıl olacağını deyə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB