"Erkən nikah hallarına daha çox cənub bölgəsində müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq komitə tərəfindən aparılan maarifləndirmə proqramları çərçivəsində erkən nikah hallarında azalma müşahidə olunub: "Son vaxtlar erkən nikah halları azalıb. Bunada səbəb əhali arasında aparılan maarifləndirmə işləridir. Eyni zamanda araşdırmalar aparılarkən ailələrin belə halları gizlətməsi tədqiqatı çətinləşdirir. Ona görə də, biz tədqiqat qruplarına elə adamlar cəlb edirik ki, insanlarla ünsiyyətdə ola bilsinlər. Onlar sərbəst olaraq insanlarla ünsiyyət qururlar və bizə dolğun məlumat çatdırırlar".
H. Hüseynova həmçinin ailə planlaşdırma problemləri ilə bağlı araşdırma aparıldığını və dekabrın sonuna qədər onun təqdimatını keçirəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB