Hicran Hüseynova: “Məcburi köçkünlərə çevrilmiş uşaqlarla bağlı beynəlxalq səviyyədə ciddi sənədlər mövcud olsa da onlara diqqət yetirlimir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn il küçə uşaqları və uşaqların təhsil problemləri ilə bağlı layihələr həyata keçirəcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, cari il ərzində bu layihələrin həyata keçirilməsi üçün Azərbaycan höküməti güclü siyasət həyata keçirir. O, qeyd edib ki, artıq BMT-nin uşaq komissiyası üçün Azərbaycanda uşaq hüquqlarının mövcud durumu ilə bağlı hesabat hazırlanıb və müzakirəsi üçün quruma göndərilib: "Bu hesabat çox vacib məsələlərdən biridir. Biz son zamanlar Azərbaycanda uşaq hüquqlarının inkişaf dinamikasını mütləq BMT-yə çatdırmalıyıq".
Hicran Hüseynova əldə olunan müsbət nəticələrə baxmayaraq problemlərin mövcudluğuna da toxunub. Onun sözlərinə görə, əsas problemlərdən biri Ermənistan ordusunun Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində hüquqları pozulan qadın, uşaq və yaşlılarla bağlıdır. Belə ki, məcburi köçkünlərə çevrilmiş uşaqlarla bağlı beynəlxalq səviyyədə ciddi sənədlər mövcud olsa da onlara diqqət yetirilmir: "Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən və hüquqları pozulan uşaq və qadınlar haqqında beynəlxalq sənədlər mövcuddur. Lakin onlara diqqət yetirilmir. Əgər bu sənədlər qəbul olunsaydı, bizim işimiz asan olardı. Öz növbəmizdə biz də bu məsələni beynəlxalq səviyyədə iсtimaiyyətə çatdırmaq üçün işimizi güclü təşkil etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB