12-14 sentyabr tarixlərində Almatıda Qazaxıstan Respublikasının İctimai İnkişaf Nazirliyinin təşkil etdiyi MDB dövlətlərinin Gənclər Forumu keçirilib. SİA-nın verdiyi məlumata görə, Forumun məqsədi MDB ölkələrinin gənc liderləri arasında mədəniyyətlərarası dialoqun formalaşmasını təmin etmək və gənclər təşkilatları arasında əməkdaşlıq yaratmaqdır.
Bundan başqa tədbir zamanı iştirakçılar üçün müzakirə platformasının yaradılması da əsas amillərdən biri idi. Tədbirdə turizmin inkişafı, sağlam həyat tərzi, könüllülük və sosial layihələr barədə geniş müzakirələrə yer verilib.
Yeddi dövlətin gənc nümayəndələrinin qatıldığı forumda Azərbaycan da təmsil olunub. NAYORA-nın sədri Məryəm Məcidova açılış mərasimində çıxış edib. Onlar bu istiqamətdə atılacaq növbəti addımlar barədə MDB ölkələrinin Milli Gənclər Şuraları ilə görüş keçirib.
Qeyd edək ki, MDB ölkələrinin Gənclərlə iş üzrə Şurası 2005-ci ildə fəaliyyətə başlayıb. Şuranın əsas iş prinsipi dövlət və ictimai birliklərin qarşılıqlı dialoqunun inkişafı, gənclər siyasətinə dəstək, gənclərin problemi sahəsində ikitərəfli və çox tərəfli layihələrin reallaşdırıması və kadrların birgə inkişaf etdirilməsindən ibarətdir.
MDB dövlətlərinin növbəti Gənclər Forumunda aparılan geniş müzakirələrdə gənclər təşkilatlarının 100-dən çox nümayəndəsi iştirak edib. Konfrans dövlət rəsmiləri, KİV nümayəndələri, gənclərlə iş üzrə mütəxəssislər, gənc sahikarlar və könüllülərin iştirakı ilə keçirilib. Tədbirə Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistandan olan yaradıcı gənclərdən ibarət heyətlər də qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB