Məsud Əlioğlunun “Seçilmiş əsərləri” işıq üzü gördü

Məsud Əlioğlunun “Seçilmiş əsərləri” işıq üzü gördü

Görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, “Təhsil Nəşriyyat Evi” tərəfindən alimin 90 illiyinə nəşr edilmiş kitaba Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şəhriyar, Əliağa Vahid kimi klassiklərin ədəbi irsini təhlil edən 60-dan çox məqalə və vaxtı ilə Hüseyn Cavid yaradıcılığına bəraət qazandırmış, fundamental “Hüseyn Cavidin romantizmi” monoqrafiyası daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə