Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46-50-ci kilometrliyində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB