BŞGİBİ yeni il münasibəti ilə uşaq bağçasında tədbir keçirib

BŞGİBİ yeni il münasibəti ilə uşaq bağçasında tədbir keçirib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq yeni il münasibəti ilə Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasında kukla teatrının teatr truppası tərəfindən uşaq tamaşası göstərilib. Bu barədə SİA-ya BŞGİBİ-nin mətbuat xidmətindən məlumat verilib. Tamaşada 50-ə yaxın uşaq iştirak edib.

Qeyd edək ki, BŞGİBİ yeni il münasibəti ilə tədbirlərini davam etdirməyi nəzərdə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə