ARDNŞ-ın maliyyə hesabına Naxçıvanda açıq ürək əməliyyatları həyata keçirilir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə vəsaiti ilə inşa olunan regional müalicə-diaqnostika mərkəzlərində bölgə əhalisinə yüksək keyfiyyətli tibbi xidmət göstərilir. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə quruma məxsus mərkəzi Neftçilər Xəstəxanasının (MNX) kardiocərrahiyyə briqadası Muxtar Respublikada növbəti aksiyaya start verib.
Dekabrın 12-dək Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində davam edəcək aksiya çərçivəsində MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə ürək çatışmazlığından əziyyət çəkən 27 nəfər üzərində açıq ürək əməliyyatı aparılması nəzərdə tutulub. Aksiya başlanandan 8 xəstə üzərində analoji əməliyyatlar aparılıb və onların hamısı uğurla nəticələnib.
Əməliyyat olunacaq xəstələr arasında 10-a yaxın uşaq var və onlardan ən kiçiyi 2 yaşındadır. Keçirilən bütün əməliyyatlar ARDNŞ-nin maliyyə dəstəyi hesabına gerçəkləşdirilir. Bu aksiyada əməliyyat olunanlar da daxil olmaqla, son 3 ildə üzərlərində Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən açıq ürək əməliyyatı aparılan Naxçıvan sakinlərinin sayı 177-ə çatacaq.
Qeyd edək ki, eyni zamanda cari ilin sonunda Naxçıvan MDM-də MNX-nın həkim-mütəxəssisləri tərəfindən ilk transplantoloji əməliyyatın həyata keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB