“Azərbaycan” qəzetinin əməkdaşlarına fəxri adlar və medallar verilib SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına fəxri adlar və medallar verilib.
“Əməkdar jurnalist”:
Cavadov Seyran Qubad oğlu
Əzizli Bəxtiyar Məhərrəm oğlu
Hüseynli İxtiyar Kərim oğlu
Quliyev Lazım Məmmədqulu oğlu.
“Tərəqqi” medalı:
Cəfərov Rəşad İslam oğlu
İmanquliyev Bahadır Bəkir oğlu
Mütəllibov Rüstəm Kamal oğlu
Vəliyev Elçin Vaqif oğlu.
Bütün xəbərlər Facebook səhifəmizdə