Xanım sahibkar “Güllü-80” MMC ilə bağlı yayılan xəbərləri təkzib edib SƏS TV

Xanım sahibkar “Güllü-80” MMC ilə bağlı yayılan xəbərləri təkzib edib SƏS TV

“Güllü-80” MMC ilə bağlı yayılan xəbərlər qərəzlidir”

Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC-nin ünvanına göndərilmiş hər biri 24700 kq tutuma malik iki yük avtomobilində olan kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilməsi ilə bağlı xəbər yayılıb. “Güllü-80” MMC-nin rəhbəri Gülnarə Abdullayeva isə yayılan xəbərləri əsassız adlandırıb və bunun həqiqətəuyğun olmadığını, eyni zamanda qərəzli olduğunu söyləyib.

Xanım sahibkar iddia edir ki, ola bilər 24 ton məhsulun içərisində 1-2 çuval istifadəyə yararsız məhsul olsun, amma bütünlükdə məhsulun yararsız və ya zərərli olması mümkün deyil.

Gülnarə Abdullayeva bu günə qədər dövlət qurumlarından hər zaman dəstək gördüklərini deyib və fəaliyyətləri üçün hər cür imkanların yaradıldığını söyləyib.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə