Siyavuş Novruzov Aşura günü anma mərasimi keçirmək istəyənlərə səsləndi

Siyavuş Novruzov Aşura günü anma mərasimi keçirmək istəyənlərə səsləndi

"Azərbaycanda din qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb: "Bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur".

Siyavuş Novruzov onu da qeyd edib ki, Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslama uyğun şəkildə keçirə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə