2,5 milyon baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvəndlənib FOTO
Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması barədə
Dövlət Baytarlıq Xidmətindən SİA-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatından sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatit xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərib. Vaksin lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb.
Eləcə də heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatit xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.
Vaksinlər sahə baytarlıq məntəqələrinə paylanıb və peyvəndləmə tədbiri “soyuq zəncir” prinsipinə uyğun aparılıb.
Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılıb.
Artıq peyvəndləmə tədbiri Gürcüstanla həmsərhəd olan rayonlarda və heyvanların kütləvi satışı həyata keçirilən Bərdədə yekunlaşıb.
2018-ci ilin ötən 8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 455 071 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.
Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB