Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddii təsdiq edilib
Nazirlər Kabineti Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddini təsdiq edib.
SİA xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahid təsdiq edilib. Əqli Mülkiyyət Agentliyinə və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB