Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində Lənkəran rayonu Osaküçə kənd tam orta məktəbində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Osaküçə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, kənd ağsaqqalları, ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Osaküçə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva çıxışında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən, multikultural və tolerant mühitin mövcudluğundan danışıb. O, qeyd edib ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik mənəvi-siyasi xətt bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Z.İsmayılov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülh və vəhdətin olduğunu bildirib.
Osaküçə kənd məscidi dini icmasının sədri R.Dadaşov və digərləri çıxışlarında İslam dininin sülh dini olduğunu, insanları birliyə və həmrəyliyə çağırdığını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB