117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Həbib qızı Naxçıvanlı Oğuz şəhərində qəbul otağına müraciət edən seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, müraciətlərin əsasən işlə təmin olunma, torpaq, sahibkarlığa dəstək, ünvanlı sosial yardım və müalicəyə köməklik kimi məsələlər olduğunu nəzərə alaraq qəbula aidiyyəti qurumların rəhbərləri də dəvət olunub. Hər bir seçici ayrı-ayrılıqda qəbul edilərək qaldırdığı məsələ dinlənilmiş, həlli üçün müvafiq tapşırıqlar verilib.
Səhəri gün xanım Aqiyə Naxçıvanlı Oğuz rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransında iştirak edib. İclasda çıxış edən Millət vəkili son illərdə Oğuz təhsilində baş verən irəliləyişlərdən danışıb, tələbə adını qazanmış məzunları təbrik edib. Bu il ixtisas seçimində abituriyentlərin daha vacib sahələri seçdiyini vurğulamış, yüksək bal toplayanların sayının ildən ilə artmasının təqdirəlayiq hal olduğunu bildirib. O bir komitə sədri kimi son vaxtlar gənc ailələrdə nikahların tez-tez pozulması hallarının artdığını nəzərə alaraq bu barədə vaxtında məktəblərdə təbliğat işlərinin aparılmasının vacibliyini rayonunun müəllim kollektivinə tövsiyə etdib.
Millət vəkili çıxışının sonunda 650-dən artıq bal toplamış 3 abituriyentin hər birinə noutbuk, 600-650 bal toplamış 7 abituriyentə “Mehriban Əliyeva: Tərəqqi və yüksəliş yolları ilə” kitabını hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB