Etika Akademiyasında görüş keçirilib

Etika Akademiyasında görüş keçirilib

Etika Akademiyası fərdi inkişaf mərkəzi kimi uğurun daxili bacarıqlar və dəyərlər əsasında əldə edən silsilə ustad təlimləri təşkil edir. Bu dəfə dunya ovçuları arasında ən yüksək reytnqdə yer alan , peşəsini dünya ictimaiyyətinə çəkdiyi videolarda Azərbaycan bayrağını əlindən yerə qoymayan Faiq Babanlı idi. Etika Akademiyasının məşgçi və partnyor heyəti ilə görüşdə dünya ov etikasından , brakonyerlərə qarşı mübarizədən , heyvanların populizasiyasında ovun vacibliyyindən, azalmağa gedən heyvan növlərinin qorunmasından danışdı.

Faiq Babanlı insanın nə qədər güclü bir varlıq, yaradılışından verilən zəkası , yer kürəsində olan aliliyi və əzmi nəticəsində ən yırtıcı heyvanları belə ediməsindən barız nümunələrini göstərdi. Heyvanların və cəngəlliklərin energiyasını insan hiss etməsindən və daha da artıq tabe edə bilməsindən , yırtıcılarla üz bə üz gəldikdə adrenalinin və zəkanın xilas ediciliyinsən faktlar gətirdi. Görüş zamanı verilən əsas sual Faiq Babanlınin ov prinsipllərindən idi. Əsas qanuni ərazidə ovlanmaq, mənə hücüm etməyən yırtıcını və dişi yırtıcını vurmuram dedi. Daha çox cəngəlliklərə yaxın kəndlərə təhlükə yaradan, insanlara hücüm edən, su hövzəlrəini kəsən heyvanlara ovlandığını bildirdi.

Faiq Babanlı təbiətlə ahənglik, vəhşi təbiətin sənə verdiyi həyat gücü və özünü dərk etmə haqqında yaşadıqlarından danışdı. Etika üzrə məşgçilər dəyərlərin təbliğində , tədris metodlarında cəsurluq, seçim etmək kimi şəxsiyyətin formalaşmasında olan vacib qaydaları haqqında Faiq Babanlıdan cavabları qeyd etdilər. “Missiyanız nədir ? “ -Faiq Babanlıya verilən son suallardan cavab : “Yaradılanlardan İnsan ən güclü varlıqdır , bu gücün də zəkadan olduğunu dünyaya duyurmaqdır”.

Etika Akademiyasının rəhbəri Günel İbrahim sonda qeyd etdi ki, “Mərkəzimiz motivasiya təlimlərində keyfiyyətli düçüncədən və düşüncəni formalaşdıran dəyərlərə xüsusi yer ayırır. İnsan zəkasının itiliyi və aliliyi dəyərlərdən yoğrulmalıdır. Doğru niyyət əməllərdə , ölüm və qalım anlarında sona qədər insan olaraq qalmaq seçimini edir”.

Faiq Babanlı : “Cəngəlliklər isə, bu seçimin canlı şahidliyini edir “

Etika Akademiyasında Faiq Babanlı ilə görüş uğurla bitib. Faiq Babanlı etikanın təbliğində və inkişafında daim dəstək verəcəyi, balaca və gənc üzvlərlə də görüşə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə