Rusiyanın media mütəxəsisləri jurnalistlər üçün seminar keçiriblər

Rusiyanın media mütəxəsisləri jurnalistlər üçün seminar keçiriblər

PA rəsmisi: "Rusiyanın media sahəsinin aparıcı nümayəndələrinin təcrübəsi Azərbaycan jurnalistikasına faydalı olacaq"

Rusiyanın tanınmış media mütəxəsisləri "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində jurnalistlər üçün seminar keçiriblər. SİA-nın verdiyi məlumata görə, seminarda “Rossiya seqonya” agentliyinin baş redaktor müavini Natalya Loseva, xüsusi fotomüxbir Vladimir Vyatkin və beynəlxalq multimedia video RUTPLY agentliyinin mediamenegeri İndira Jarova iştirak ediblər.

Jurnalistlər qarşısında medianın yeni texnolgiyaları və onun inkşaf perspektivlərindən danışılıb.

Jurnalistlər, mediamenecerlər və fotomüxbirlər üçün "SputnikPro" təhsil proqramına sentyabrın 6-da Bakıda start verilib. "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində təşkil olunan layihə çərçivəsində Rusiyanın aparıcı media menecerləri azərbaycanlı həmkarları üçün master-klass keçiblər.

Proqramın fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edərək qeyd edib ki, bu gün Azərbaycanda güclü media strukturlarının yaradılması siyasəti həyata keçirilir.

Vüqar Əliyevin sözlərinə görə, Rusiyanın media sahəsinin aparıcı nümayəndələrinin təcrübəsi Azərbaycan jurnalistikasına faydalı olacaq: "İnformasiya təhlükəsizliyinin təmin olunması məsələsi istənilən dövlət üçün vacibdir. Biz bu gün güclü kütləvi informasiya vasitələrinin yaradılması siyasətini ona görə həyata keçiririk ki, ölkə mediası yüksək səviyyəyə çıxa bilsin və Azərbaycan həqiqətlərini çatdırmaq imkanı olsun. Rusiyalı həmkarların və dostların öz təcrübələrini bizimlə bölüşməsindən məmnunuq və bu, bizim üçün faydalı olacaq".

O, həmçinin "SputnikPro" layihəsinin bundan sonra da davam etdiriləcəyinə ümid etdiyini və Azərbaycan tərəfinin onu dəstəkləməyə hazır olduğunu bildirib.

"Russia Today" BİA-nın baş redaktorunun müavini Natalya Loseva da öz növbəsində bildirib ki, informasiya təhlükəsizliyinin təmin olunması vacib məsələdir. O, həmçinin Azərbaycanın KİV-in inkişafının zəruri olduğunu başa düşən ölkələrdən biri olduğunu vurğulayıb.

Zakir Rəhimli

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə