Narkotik aludəçisi: "Bu yola fahişəlik etdikdən sonra düşdüm" ƏSRİN AĞ ÖLÜMÜ -FOTOLAR

Narkotik aludəçisi: "Bu yola fahişəlik etdikdən sonra düşdüm" ƏSRİN AĞ ÖLÜMÜ -FOTOLAR

Fotoqraf Jeffrey Stockbridge layihə hazırlamaq üçün 4 il Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan narkotik aludəçilərinin həyatlarını izləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, bu layihəyə 2008-ci ilin qışında küçədə oturan Melissanı gördükdən sonra başlayıb. Fotoqraf narkamanların şəkillərini çəkərək həyatları haqda maraqlanıb.

Melissa Jeffrey Stockbridge özü barəsində hər kəsi şoka salacaq etiraflar edib: "5 il öncə küçələrlə tanış oldum. Fahişəlik etdim. Yüngül əxlaqlı qadın olduqdan sonra narkotik maddədən istifadə etməyə başladım. Daha sonra Filadelfiayı tərk edərək Delavareyə köçdüm. Artıq hər şeyi geridə qoymuşam və əvvəlki illərə nisbətən güclüyəm".

Layihəsi üzərində çalışan Stockbridge bir ay sonra Sarah adlı qadınla tanış olaraq, həyatı haqda söhbət edib: "Uşağımın atası məni tərk edib, gedəndən sonra depresiyaya düşdüm. Bu depresiyadan çıxmağım üçün dostum mənə narkotik maddə olan heroindən istifadə etməyimi məsləhət verdi. Bir gün yatanda kimsə damarıma iynə vasitəsi ilə heroin yeritdi. 10 il bunu davam etdim. Artıq qollarımda iynə vurmaqdan yer yoxdur. Səhhətim günü-gündən pisləşdiyi üçün damarlarıma iynə vasitəsi ilə narkotik maddə yeritmək istəmirəm. Lakin heroindən imtina da edə bilmirəm. Amma hazırda narkotik maddə almağa pulum yoxdur. Bunun üçün fahişəlik edirəm. Yüngül həyat keçirərək bir çox kişilərlə tanış oluram. Həmin kişilər tərəfindən mənə bir çox zərbələr gəlir. Belə ki, onlar tərəfindən qarət edilirəm, aldadılıram, qrup halında təcavüzə məruz qalıram, başıma silah dayayırlar (ağlayır)".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə