Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb. SİA-nın məlumatına görə, bu barədə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, artıq ərazidən keçən istifadəsiz dəmir yolu xətti tam sökülüb: "Dəmir yolu xəttinin çıxarıldığı yer asfalt örtüklə döşənib, yolun nişanlanması prosesi də başa çatıb. Ərazi tam olaraq sürücülərin istifadəsinə verilib".
Xatırladaq ki, bir-neçə gün əvvəl Neftçilər prospektindən keçən istifadəsiz dəmir yolu xəttinin sökülməsinə başlanılıb. Yolda avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırıldığından, bu da prospektdə tıxaca səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB