Müasir dünyada keçirilən oyunlardan biri də Dünya Köçəri Oyunlarıdır. Dünya Köçəri oyunları böyük bir hadisə kimi qiymətləndirilir və bunun Qırğızıstanın yeni tarixində xüsusi yeri, çəkisi var. Belə ki, bu gün dünyanın maraqla izlədiyi oyunlara Qırğızıstan ev sahibliyi edir. Növbəti dəfə İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları maraqlı, təmtəraqlı və möhtəşəm təşkil olunub. Yüzlərlə rəqqasın, musiqiçi, sənətçinin iştirakı ilə keçirilən oyunlarda Qırğızıstan öz milli mədəniyyətini, tarixini, mövcud olan adət-ənələri ilə yanaşı, köçərilərin həyat tərzini nümayiş etdirir.
Üçüncü dəfədir ki, burada təşkil olunan oyunların ilk açılışı 2014 və 2016-cı illərdə baş tutub. Bu nəhəng beynəlxalq oyununun təşkili diqqətə səbəb olub. Hətta layihənin gələcəkdə inkişaf etdirmək və bunun olimpiya oyunları kimi yüksək bir səviyyədə keçirilməsi belə düşünülür. Oyunların proqramına etnoidmanın 37 növü daxildir. Manqala sümükatma, oxatma, qartal və şahinlə ov, masa və bilək güləşi kimi qədim və ənənəvi 37 idman növü üzrə yarışlar keçirilir.
Oyunları dünyanın 58 ölkəsindən 500-də şox media təmsilçisi izləyir. Azərbycan nümayəndə heyəti də burada təmsil olunur. Belə bu tərkib 28-i idmançı olmaqla 39 nəfərdən ibarətdir. Oyunlara marağın bir nümunəsi kimi Dünya Köçəri Oyunlarında iştirak üçün 66 ölkədən və Rusiyanın 11 subyektindən 1566 nəfər müraciət etməsini göstərə bilərik. İştirakçılar 594 medal uğrunda mübarizə aparır. Bunlardan 174-ü qızıl, 173-ü gümüş və 247-si bürünc medaldır. Ümumi mükafat fondu 28 miyon som – yəni təqribən 700 min Azərbaycan manatıdır.
Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən oyunlar sentyabrın 8-nədək davam edəcək və elə həmin gün də rəsmi bağlamış mərasimi olacaq.
Onu da qeyd edək ki, 4-cü Köçəri oyunlarının Türkiyədə keçirilməsi planlaşdırılır. Bu barədə qərar Türkiyə və Qırğızıtan Yüksək Səviyəli Tərəfdaşlıq Şurasınını iclasında qəbul edilib.
Tədbirin maaqlı proqramla tərtibatı hər bir iştirakçı dövlətin nümayəndəsini marağındadır. Oyunlar çərçivəsində əfsanə və dastanlar söylənəcək, sənətkarlıq sərgiləri keçiriləcək, bazarlar qurulacaq, köçəri və müasir türk geyimləri nümayiş olunacaq, xalq oyunları, kukla və teatr tamaşaları göstəriləcək, ənənəvi yeməklər təqdim ediləcək.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB