Bu mikrorayonlarda su olmayacaq

Bu gün 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, məhdudiyyətlər Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə