Bu gün Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumatda bildirilib.
Məlumata görə, həmin ərazilərdə içməli suyun verilməsində yaranacaq problem Sabunçu rayonunda yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB