ETSN əməkdaşları Acınohur ərazisinə yenidən baxış keçiriblər

ETSN əməkdaşları Acınohur ərazisinə yenidən baxış keçiriblər

Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin üçün istifadə edilməsi ilə bağlı ceyranların yaşam vəziyyətinin öyrənilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən sözügedən əraziyə yenidən baxış keçirilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı Acınohur ərazisinin dövlət fonduna aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən “Aqroinkişaf-2017” MMC-yə ayrılmış 7500 hektar sahənin az hissəsində tədqiqat məqsədilə şumlama işlərinin aparıldığı məlum olub.

Nazirliyin əməkdaşları tərəfindən bir daha şirkət nümayəndələrinə bildirilib ki, Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə təsərrüfat-tədqiqat işləri aparıldığı dövrdə ceyranların yaşam şəraitinə təsir göstərən amillərə riayət olunsun. Ceyranların intensiv hərəkətinin qeydə alındığı Acınohur gölünün cənub və Mingəçevir su anbarının şimal hissəsində fermerlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı ETSN-in yerli qurumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə