Azərbaycanın aparıcı media nümayəndələri Dünya Köçəri Oyunlarında FOTOLAR
Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub. SİA-nın verdiyi xəbərə görə, mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov iştirak ediblər.
Yerli mətbuatın verdiyi məlumata görə, Dünya Köçəri Oyunlarını işıqlandırmaq üçün dünyanın ən aparıcı 1200 mediasını təmsil edən KİV nümayəndələri Qırğız Respublikasına gəlib. Azərbaycandan bu tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "Xalq" qəzetinin Baş redaktoru Həsən Həsənov, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri qatılıb.
Qeyd edək ki, birinci Dünya Köçəri Oyunları 2014-cü ildə, ikincisi isə 2016-cı ildə keçirilib. Bugünkü yarışlara isə dünyanın 60-dan artıq ölkəsindən 3 minə yaxın idmançı qatılıb. Onlar idmanın 37 etnik növü üzrə yarışlarda mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB