“Lazımi laborator, müalicə avadanlıqların və dərman preparatlarının çatışmamazlığı, bu xəstəliyə düçar olan insanları ölümə məhkum edir”-Müsahibə
"Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırovanın SİA-ya müsahibəsi:
- İlk öncə təşkilatınız haqqında ətraflı məlumat verərdiniz. "Leykemiya (qan xərçəngi) ilə mübarizə" İctimai Birliyi nə zaman yaranıb və nə kimi xidmətlər göstərir?
- "Leykemiya (qan xərçəngi) ilə mübarizə" İB 29 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Birlik leykozlu (qan xərçəngi olan) xəstə uşaqların müalicəsinin keyfiyyətini yaxşılaşdırılması məqsədi ilə yaradılmış mənfəət-güdməyən, qeyri-kommersiya təşkilatıdır.
- Bu gün ölkəmizdə leykozlu xəstələrin sayı çoxdurmu? Bəs, sizin təşkilata il ərzində nə qədər uşaq və ya valideyn müraciət edir?
- Düzdür, bu gün ölkəmizdə kifayət qədər leykozlu xəstələr var. Ancaq məndə onların dəqiq sayı barədə məlumat yoxdur. Çünki bu barədə dəqiq məlumatlar Hemotologiya və Transfuziologiya İnstitutunda toplanır. Ancaq bizim təşkilatın məlumat bankına əsasən 179 uşaq qeydiyyata alınıb. Təşkilata kömək üçün müraciət edənləri sayı 53 nəfərdir.
Bizim apardığımız müşahidələr əsasında deyə bilərəm ki, qeydiyyata alınan 179 nəfərdən 64-ü qız, 115-i isə oğlandır. Ölənlərin sayı bu il ərzində 9 nəfərdir: 5-qız, 4 oğlan. Bu siyahının içindən 51 nəfər uşaqdan heç bir məlumatımız yoxdur, çünki valideynlərin çoxu öz uşaqlarının müalicəsini ayrı-ayrı dövlətlərdə aparır.
- Respublikamızda leykozlu xəstələrin müalicəsi və müntəzəm müayinəsi üçün lazımi şərait varmı. Hazırda bu sahədə nə kimi problemlər mövcuddur?
- Düzdür, bizim ölkədə bu sahədə mühüm islahatlar aparılır, ancaq qarşıda problemlər hələ də çoxdur. Lazımi laborator, müalicə avadanlıqların və dərman preparatlarının çatışmamazlığı, bu xəstəliyə düçar olan insanları ölümə məhkum edir. Respublikada müasir tələblərə cavab verən Uşaq Hematoloji Mərkəz hələ də yoxdur.
- Bu problemlərin həlli istiqamətində nə kimi işlər görülməlidir. Bu problemlərin həlli ilə bağlə hansısa dövlət qurumlarına müraciət etmisinizmi?
- Bu problemlər və onların həlli ilə bağlı Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş müəllimlə görüşümüz olub və bununla əlaqədar dəyirmi masaya hazırlıq işləri aparılır. Qeyd edim ki, mövcud problemlerin həlli istiqamətində bir sıra mühüm işlər görülməlidir. Belə ki, respublikada müasir tələblərə cavab verən Uşaq Hematoloji Mərkəz yaradılmalı, xəstəxanalarda mövcud olmayan tibbi texnikasının, onkopreparatlarının əlyetərliyi təmin edilməli, sosial və tibbi reabilitasiya sistemini yaradılmalıdır. Bundan əlavə, tibbi personalın ixtisas səviyyəsinin yüksəldilməsinə dair işlər görülməli, digər qan xəstəlikləri (hemofiliya və talasemiya) problemlərinin həlli kimi, leykemiya xəstəliyinin problemlərinin həlli üçün dövlət proqramı qəbul olunmalıdır.
- Son olaraq, gələn il üçün nə kimi planlarınız və yeni layihələriniz var?
- Gələn il üçün planlarımız çoxdur. İlk öncə xəstəxanada mövcud olmayan, ancaq mütləq lazım olan uşaq əyləncə otağı yaratmağı, türk dərnəyi "Lösev" təşkilatı ilə iş birliyi qurmağı, leykoz haqqında valideynlər və uşaqlar üçün örnək və məlumat kitabı çap etməyi planlaşdırılır. Bundan əlavə, 15 fevral – xərçəngə tutulmuş uşaqların Beynəlxalq Günündə TV kanalların birində bu günə həsr edilmiş məlumat-əyləncə xarakterli konsert və yay düşərgəsi təşkil etmək nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB