İrəvanda xristian LGBT-lərin Forumu: yaxud qranta dəyişdirilən dini dəyərlər

İrəvanda xristian LGBT-lərin Forumu: yaxud qranta dəyişdirilən dini dəyərlər

Bu günlərdə məlum olub ki, Şərqi Avropa və Mərkəzi Asiya “Xristian LGBT-lərin Forumu” adlı qurumun 11-ci toplantısı İrəvanda keçiriləcək. O da məlum olub ki, bu “möhtəşəm” və ermənilərin adına yaraşan tədbir noyabrın 15-18 tarixləri arasında baş tutacaq. Qeyd edək ki, bu hərəkatın baş prodüseri və təşkilatçısı Niderlandın ən böyük şəhəri olan Amsterdamda mənzillənmiş “LGBT-lərin Avropa forumu”dur.
Dəyərli oxucularımıza bir faktı da söyləyək ki, bu layihə Avropa və Amerika fondları tərəfindən maliyyələşdirilir. Təşkilatın rəsmi saytında layihələrin Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) və “Arcus” tərəfindən maliyyələşdirildiyi qeyd olunur. İrəvanda keçiriləcək “Xristian LGBT-lərin Forumu”nun maliyyə dəstəkçisi də məhz “Arcus” fondudur. Forumun yerli tərəfdaşı Ermənistanda “Yeni nəsil” qeyri-hökumət təşkilatıdır. “Yeni nəsil” əsasən Soros Fondu, Avropa Komissiyası, USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) və digər Qərb təşkilatlarından qrant alır. “Arcus” fondu dünyada LGBT təşkilatlarının əsas himayədarıdır. Bu fondun əsası 2000-ci ildə ABŞ-ın Miçiqan ştatında qoyulub. Fondun Britaniyanın Kembric şəhərində də ofisi var. Fondun təsisçisi və prezidenti “Strayker” korporasiyasının rəhbəri Con Straykerdir və onun sərvəti 2,9 milyard dollar dəyərində qiymətləndirilir.

Fond dünyanın 30 ölkəsində 400-dən çox təşkilatla əməkdaşlıq edir. Fondun digər iş istiqaməti isə “Dünya dinlərinin qlobal proqramı”dır. Bu layihəni “Dini LGBT fəalları” təşkilatı həyata keçirir.
Məlumatlara görə, “Arcus” fondu ailə və nikahın, eləcə də əxlaq və dini əxlaqın aradan qaldırılması kampaniyası ilə məşğul olur. 2000-2017-ci illərdə fond 500 milyon dollar qrant ayırıb. Bu məbləğin 28,7 milyon dolları məhz LGBT təşkilatlarına verilib.
İrəvanda keçiriləcək “Xristian LGBT-lərin Forumu”nun əsas devizi belədir: “Cəsarət edin, çünki mən dünyaya qalib gəldim”. Rəsmi press-relizdə qeyd olunur ki, forumun plenar iclaslarında ilahiyyatçılar, keşişlər və kilsə liderləri məruzələrlə çıxış edəcəklər.

Erməni politoloq Arman Qukasyan Paşinyan hakimiyyətini bu məsələyə müdaxilə etməməkdə ittiham edir. Onun fikrincə, hakimiyyət yeni hakimiyyət LGBT hərəkatının Ermənistan cəmiyyətində aktivləşməsində maraqlıdır.

Görünür, Ermənistanın Qərbdən maliyyə dəstəyi almaq üçün LGBT-yə bel bağlamaqdan başqa yolu qalmayıb.

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə