1918-ci il azərbaycanlıların mart soyqırımı barədə tədbir keçirilib
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi tərəfindən Odlar Yurdu Universiteti Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,“Arxiv məlumatları əsasında 1918-ci il azərbaycanlıların mart soyqırımı barədə ictimai müzakirələrin təşkili” mövzusunda layihə tədbiri həyata keçirilib.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi, mədəniyyət və təhsil sahələrini təmsil edən nümayəndələr və tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə açan “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev, tədbir iştirakçılarını salamlayıb, hər kəsi 31 Mart 1918 Soyqırımı qurbanlarının və vətən uğrunda şəhid olmuş bütün həmvətənlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Tədbirdə çıxış edən Nərimanov rayon Gənclər və İdman idarəsinin rəis müavini Bahəddin Hüseynov, 1918-ci ildə ermənilər tərəfindən törədilmiş qətliamların təkcə azərbaycanlılara deyil, eyni zamanda bütün türk dünyasına qarşı həyata keçirildiyini, sovet dövründə bu soyqırımı faktının üstündən sükutla keçildiyini, bu hadisələrin ümummilli liderimiz Heydər Əliyevin 26 Mart 1998- ci il tarixli Sərəncamı ilə öz siyasi qiymətini tapdığını qeyd edərək, təqdim edilən layihə mövzunun əhəmiyyətindən və belə tədbirlərin təkcə 31 Martda deyil,bu tədbirdə olduğu kimi,bütün il ərzində keçirilməsinin gənclərin ictimai şüuruna müsbət təsir edəcəyindən bəhs etmişdir.Nərimanov Rayon İcra Hakimiyyətinin rayon ərazisində yerləşən təhsil müəssisələrində gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində davamlı tədbirlər keçirdiyini və ictimai təşkilatlar tərəfindən keçirilən tədbirlərə hər zaman dəstək verdiyini deyən idarə rəisinin müavini, ölkə başçımız cənab İlham Əliyev və 1-ci vitse prezident Mehriban Xanım Əliyeva tərəfindən gənclərimizə daima qayğı göstərildiyini xüsusi vurğulayıb.
Layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev, layihənin həyata keçirilməsində göstərdikləri böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə, Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevə və Odlar Yurdu Universitetinin rektoru Professor Əhməd Vəliyevə minnətdarlıqlarını bildirib. Layihə rəhbəri, 31 Mart Soyqırımını sübut edən əsas faktların Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət materiallarında öz əksini tapdığını,həmin materialların komissiyanın tərkibində olmuş rus, alman və azərbaycanlı üzvlərin gərgin və böyük əziyyəti hesabına ortaya çıxdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə çıxışında, ölkəmizin bölgələrində gənclər qarşısında müxtəlif mövzularda çıxışlar etdiyini, gənclərimizin milli-mənəvi və vətənpərvər ruhda yetişməsinin ən böyük arzusu olduğunu qeyd edib.Canlı şahidi olduğu Qarabağ müharibəsindən faktlar gətirən ekspert, bugün Azərbaycanda çox vətənpərvər gənc nəslin yetişdiyini, bunun əyani sübutu olaraq da Aprel döyüşləri zamanı bütün ölkə gəncliyinin Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, Milli Ordumuza qoşulmaq və cəbhəyə getmək üçün necə can atdıqlarına hamının şahid olduğunu qeyd edib.
Tədbirdə iştirak edən qonaqlar və universitet gəncləri öz çıxışlarında ölkə rəhbərliyinin Azərbaycan gənclərinin qarşısına mühüm vəzifələr qoyduğunu, təmsil olunduqları kollektivlərdə hər zaman Azərbaycan tarixi və həqiqətləri mövzularında tədbirlər keçirdiklərini və bu mövzularda tədbirlərin davamlı təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB