Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb. SİA-nın verdiyi məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.
Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.
Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB