"Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi növbəti tədbir keçirib SƏS TV
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə nazirliklərin, mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının mətbuat xidmətləri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən "azadinform.az" saytının baş redaktoru Niyaz Niftiyev bildirib ki, bugünkü tədbir QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində keçirilir. Onun sözlərinə görə, tədbiri keçirməkdə məqsəd qurumlar tərəfindən KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmə aparmaqdır: "Bildiyiniz kimi, Mərkəz tərəfindən dövlət qurumlarının internet resurslarının fəaliyyəti və mətbuat xidmətlərinin vətəndaşların suallarınln cavablandırılması istiqamətində monitorinq həyata keçirir. Artıq bundan əvvəl ilk monitorinqimizi təqdim etmişik. Bu gün ikinci monitorinqin nəticələri elan olunacaq ki, orada 13 dövlət qurumunun fəaliyyəti ilə bağlı qiymətləndirmə ilə tanış olacaqsınız".
N.Niftiyev qeyd edib ki, növbəti monitorinq sentyabr ayında təqdim olunacaq: "Bəzən vətəndaşlar nazirlik və digər dövlət qurumlarına QHT-lər vasitələrlə çıxmağa çalışır, sosial şəbəkələrdə şikayətlər yerləşdirib müəyyən videolar yayırlar. Biz bu şəxslərin də profillərini araşdırıb onların saxta və ya həqiqi olduğunu öyrənmişik".
Baş redaktor qeyd edib ki, monitorinqdə aparılan qiymətləndirmələr saytlarda aparılan monitorinqlər əsasında verilib: "Elə qurumlar var ki, onlar budəfəki monitorinqə daxil edilməyib. Monitorinq zamanı dövlət qurumlarının internet resurslarının vətəndaşlara nə verir prinsipinə üstünlük verilib. Əla qiymətləndirilən mətbuat xidmətləri var ki onların həm internet saytlarında, həm də sosial şəbəkələrdə daim informasiyaları yenilənir, eləcə də vətəndaşlara lazım olan suallar cavablandırılır. Elə qurumlar var ki onlar daha aktiv bəzilərində isə zəif yenilənənlər var. Güc strukturlarının xəbər yayımı ilə bağlı sirli məqamlar olduğu üçün onlar başa düşüləndir".
N.Niftiyev əlavə edib ki, İcra Hakimiyyətlərinin də saytlarında aparılan monitorinq zamanı məlum olub ki, onlar arasında aktiv və zəif yenilənənlər var. Tədbirin davamında vətəndaş sorğularının dövlət qurumları, mərkəzi və yerli İcra Hakimiyyətlərinin vətəndaşların sorğuların cavablandırması müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB