Gəncə Regional Ofisinin rəhbəri dəyişdirildi

Gəncə Regional Ofisinin rəhbəri dəyişdirildi

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri vəzifəsinə yeni təyinat olub. SİA-nın verdiyi məlumata görə, Gülnar Məmmədova 1991-cü ildə Gəncə şəhərində anadan olub, 2008-2013-cü illərdə Gəncə Dövlət Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində ali təhsil alıb. 2017-ci ilin noyabr ayından Gəncə şəhərində yeni inşa olunmuş Mirzə Şəfi Vazeh Muzeyinin direktorudur.

G.Məmmədova Gənclər üçün Təhsil Mərkəzindəki yeni təyinatına qədər Gəncə Regional Ofisinin könüllülər üzrə koordinatoru, cari ilin fevral ayından isə ofis rəhbərinin müavini işləyib.

Qeyd edək ki, Ofisin əvvəlki rəhbəri Aygün Həsənzadə başqa işə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə