Türkiyə təşkilatının Azərbaycana səfəri təxirə salınıb-Açıqlama

Türkiyə təşkilatının Azərbaycana səfəri təxirə salınıb-Açıqlama
Türkiyənin "Lösev" Təşkilatının Azərbaycana planlaşdırılan 2 günlük səfəri təxirə salınıb. "Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova SİA-ya açıqlamasında bildirib ki, təşkilat noyabrın 30-da ölkəmizə səfər etməli idi. Onun sözlərinə görə, təşkilat iki gün ərzində Hemotologiya və Transfuziologiya İnstitutunda olacağı və valideynlərlə görüşlər keçirəcəyi nəzərdə tutulurdu: "Ancaq sonradan noyabrın 30-a nəzərdə tutulan səfər müəyyən səbəblərdən təxirə salındı. Amma məlum səfər bu ay ərzində təşkil olunacaq. Bu təşkilat dünyada çox təcrübəli təşkilatlardan biridir və onların bizim təşkilata çox böyük bir köməyi ola bilər. Düşünürəm ki, iş birliyimiz baş tutacaq, bizim uşaqlar türk uşaqları ilə birgə leykemiya haqqında çoxlu məlumatlar alacaq və bu da onların sağalmasına kömək olacaq. Bu görüş boş keçməyəcək və nəticədə uğurlu nəticələr əldə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə