Muxtar Babayev komitə sədri ilə görüşüb

Muxtar Babayev komitə sədri ilə görüşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev arasında görüş keçirilib.

Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən verilən məlumata görə, görüş zamanı Abşeron yarımadasının çirklənmiş sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi layihəsinin texniki tapşırığının hazırlanması barədə müzakirələr aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə