Şahlar Əsgərov: “Məktəblərdə hicabın qadağan olunmasını "qaşınmayan yerdən qan çıxarmaq" hesab edirəm” - AÇIQLAMA
"Məktəblərdə hicabın qadağa olunmasını "qaşınmayan yerdən qan çıxarmaq" hesab edirəm. Biz özümüzü Avrpaya oxşatmaq istəyiriksə onu təqlid etməyə ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında məktəblərdə hicaba qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirən təhsil eksperti Şahlar Əsgərov deyib. O bildirib ki, Avropanın öz ənənələri, Şərqin isə öz ənənələri var. Bəşəriyyətin bu cür inkişafının əleyhinə olduğunu deyən Ş.Əsgərov vurğulayıb ki, insan nə qədər soyunursa ona müqavimət yoxdur, ancaq o, geyindikcə daha çox müqavimət gəlir. Təhsil ekspertinin sözlərinə görə, bu çox yanlış mövqedir və gərək bu mövqedə sədd aşılmasın.
"Gəlin, bir anlığa düşünək, görək, bu bizi hara aparır. Bununla belə hicabı məcbur və ya qadağan etməyin də əleyhinəyəm. Bu məsələyə ən gözəl cavabı Türkiyənin Avstriyadakı səfiri verib. O xarici jurnalistlərin bu məsələ ilə bağlı sualını cavablandırarkən deyib ki, siz qadınlarınız dənizdə çılpaq çimmək haqqını tanıdığınız kimi, bizim də qadınların başını örtmək haqqını tanıyın. Məktəbli forması məsələsinə gəlincə isə bu da çox mürəkkəb məsələdir. Bizim məktəblər hamısı bir-birinə oxşayır. Hz.Peyğəmbərimizin bir kəlamı var, "Fəaliyyət niyyətlə bağlıdır". İndi məktəbli forması hansı niyyətlə olub, onu mən bilmirəm", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB