Azərbaycan Dillər Universitetində (ADU) "Buta" müasir Azərbaycan, Türkiyə və ABŞ qadın yazarlarının nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təqdimat mərasimində "Sönməz Məşəl" mədəni əlaqələr ictimai birliyinin sədr əvəzi Rəşad Həsənov bildirib ki, bu toplunun ərsəyə gəlməsində təmsil olunduğu ictimai birliyin keçirdiyi seminarların böyük rolu olub. Toplu haqqında qısa məlumat verən R.Həsənov onu da bildirib ki, toplunun elektron versiyası da oxucuların ixtiyarına verilib.
Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet" in baş redaktoru Rəşad Məcid toplunun əhəmiyyətli olduğunu bildirib. Qadın yazarlarının əsərlərinin bir topluda çap edilməsini əlamətdar hadisə hesab edən R. Məcid bir millətin, xalqın savadlı, intellektual olmasının həm də bilavasitə qadınlardan asılı olduğunu söyləyib. Amerika cəmiyyəti üçün həm də azərbaycanlı yazarların əsərlərinin çap olunmasının vacibliyini deyən R.Məcid ideyanı gerçəkləşdirən hər kəsə təşəkkürünü bildirib.
Sonra toplunun redaktorları və layihənin gerçəkləşməsində əməkləri olan Şəhla Nağıyeva və Elison Məndəvil ilə birbaşa internet-əlaqə yaradılıb. Onlar gənc və perspektivli qadın yazıçılarla birgə iş görməkdən məmnun olduqlarını bildiriblər. Şəhla Nağıyeva qeyd edib ki, nəşr olunan bu toplu ADU-nun, eyni zamanda digər ali məktəblərin tərcümə və filologiya fakültələrində əyani vəsait kimi istifadə olunacaq. İRK-nın rəhbəri Şəhla Xudiyeva Azərbaycanın dünyaya tanıdılmasının, eləcə də digər ədəbiyyat incilərinin ingilis və başqa xarici dillərdə yayılmasının böyük hadisə olduğunu və bu baxımdan da belə kitabların böyük əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra təqdimat mərasiminin iştirakçıları kitab haqqında öz fikir və mülahizələrini bildiriblər.
Qeyd edək ki, "Sönməz məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə "Qadınlar, Ədəbiyyat, Cəmiyyət" adlı layihəsi çərçivəsində bir neçə dəfə seminar keçirilib. Nəşr olunan "Buta" toplusunda azərbaycanlı, türk və amerikalı qadın yazarların əsərləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB