Uşaq tərbiyə və təhsil müəssisələri müasir standarlara uyğun qurulur
Dövlət başçısının Sərəncamı ilə İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası tikiləcək
Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş dövlət proqramları, elm, təhsil və mədəniyyət sahəsinə qayğının artırılması, bu və ya digər sahələrdə mühüm qərarların qəbulu nailiyyətlərimizin göstəricisidir. Son 15 ildə həyata keçirilən siyasətin uğurlu nəticələri Azərbaycan vətəndaşının sosial-rifahının və həyat tərzinin dəyişilməsində əsas rola malikdir. Bu gün ölkə vətəndaşları hərtərəfli olaraq təmin edilib. Əhalinin sosial rifahının yüksəldiləmsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanda dövlətimiz tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğının təzahürüdür. Dövlətin sosialyönümlü siyasətinin nəticəsi olaraq, son on beş ildə əmək haqları və pensiyalar artırılıb, məcburi köçkünlərin problemləri həllini tapmışdır. Səhiyyə və təhsil sahəsində də nəzərəçarpacaq işlər görülmüş, yeni təhsil, səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bunlarla yanaşı, uşaqların da problemlərinin ardıcıl həlli istiqamətində geniş tədbirldər həyata keçirilir. Onların sağlamlığı və təhsili ilə bağlı görülən işlər, hazırlanan dövlət proqramları gələcəyimiz olan uşaqlara ayrılan diqqətin və qayğının nümunəsidir. Uşaq bağçalarının tikintisi, yenidən qurulması da bu istiqamətdə görülən işlərin davamıdır. Bu gün dövlət başçısının sərəncamları, tapşırıq və göstərişləri ilə müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüş və görülməkdədir. Azərbaycanın regionlarında da uşaq bağçalarının tikintisinə ehtiyac olduğu bir zamanda, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, respublikanın regionlarında uşaq tərbiyə müəssisələrinə olan tələbatı və uşaq bağçalarının tikinti işlərinin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda, ümumilikdə, 1230 yerlik 15 uşaq bağçasının tikintisi nəzərdə tutulub. Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə İsmayıllı şəhərində də yeni uşaq bağçası tikiləcək. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.08.2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İsmayıllı rayon icra hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Qeyd edək ki, son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işlərinin aparılması və yeni uşaq bağçalarının tikilib istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara olan diqqətin daha bir təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB