"DSMF-nin regional bölmələri DOST-a inteqrasiya olunacaq" RƏSMİ AÇIQLAMA
DOST mərkəzləri "ASAN xidmət" mərkəzlərinin daxilində deyil, ayrı qurum kimi fəaliyyət göstərəcək". SİA-nın xəbərinə görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, nazirliklə ASAN Xidmət arasında əməkdaşlıq sferaları geniş olduğundan müəyyən sahələrdə birgə fəaliyyət göstəriləcək.
S.Babayev DOST Mərkəzləri yaradıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun regional bölmələrinin fəaliyyət ilə bağlı məsələyə də aydınlıq. O deyib ki, Mərkəzin regionlarda bölmələri açıldıqca Fondun regional bölmələri həmin mərkəzlərə inteqrasiya olunacaq: "Ümumilikdə bütün bölmələr vahid mərkəzdən idarə olunacaq".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB