Erməni işğalçıları tərəfindən zəbt olunmuş Kərlbəcər rayonunun dağlıq Heyvalı kəndindəki mis və qızıl yatağında güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə vestikavkaza.ru saytında yazılıb. Erməni KİV-lərinə istinad edən sayt qeyd edir ki, partlayışın ardınca yanğın əmələ gəlib.
“Hadisə yerinə çox sayda yanğınsöndürən maşınlar, hərbçilər və xilasedicilər cəlb olunub”, yazan sayt onu da qeyd edib ki, güclü yanğının böyüklüyü və gücünə görə, yatağa yaxınlaşmaq mümkün deyil.
“Xəsarət alanlar var və onlar Xankəndidəki xəstəxanaya yerləşdiriliblər. Ölənlər barədə rəsmi məlumat yoxdur”, deyə sayt yazıb.
Sonda isə xatırladılır ki, işğal altındakı Kəlbəcər rayonunun Heyvalı kən dindəki qızıl və mis yataqları Ermənistan tərəfindən 2003-cü ildən talanır və oradakı işləri Base Metals şirkəti həyata keçirir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB