Oğuz rayon Xaçmaz kəndinin meşə ərazisində ağaclara peyvənd calaqların vurulması məqsədilə "Tumurcuq" adlı aksiya keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuz rayon Xaçmaz kənd sakini İlkin Lətifovun təşəbbüsü ilə keçirilən aksiyanı yüksək qiymətləndirərək tədbirdə iştirak edib.
ETSN-nin səlahiyyətli şəxslərinin, Oğuz rayon İcra Hakimiyyəti rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bu cür aksiyaların digər rayon və kəndlərdə də davam etdirilməsinin vacibliyi və əhəmiyyəti, ekoloji cəhətdən uğurlu bir iş olduğu vurğulanıb.
Aksiya çərçivəsində 7 növ alma, 5 növ armud və 4 növ alça olmaqla çoxlu sayda meşə ağacına peyvənd calağı vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB