ABŞ-dan gəlmiş qonaqlar Quba məzarlığını ziyarət ediblər

ABŞ-dan gəlmiş qonaqlar Quba məzarlığını ziyarət ediblər

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin Sivfzern Aylend və Bakının Nəsimi rayonlarının "Qardaşlaşmış rayonlar" elan olunması üzrə təşəbbüs qrupunun üzvləri dekabrın 4-də Quba məzarlığında olublar.

SİA-nın xəbərinə görə, San Dieqo Universitetinin professorları Meqan və Martin Kruminqlərə ermənilərin 1918-ci ildə Qubada törətdikləri soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, təkcə məzarlığın aşkar olunduğu ərazidə 3 min insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Gördüyü mənzərədən dəhşətə gəldiyini deyən Meqan Kruminq dünyanın heç bir yerində insanların belə vəhşiliklə qətlə yetirildiyi kütləvi məzarlığı görmədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə