Lənkəranın Haftoni qəsəbəsində İstisu və Sağlamlıq Mərkəzi tikilir
24 avqust 2018-ci il tarixdə Lənkəran rayonunun Haftoni qəsəbəsində İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü keçirib. SİAının məlumatına görə, İcra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların, xidmət idarələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda sakinlər ölkə başçısının xalqın rifahının yaxşılaşdırılması, mövcud sosial problemlərin həlli istiqamətində davamlı olaraq həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini bildirərək qəsəbənin sosial-iqtisadi inkişafına göstərilən qayğıdan razılıqlarını ifadə ediblər. Sakinlər çıxışlarında Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin dünya standartları səviyyəsində yenidən tikilməsinin, tikintidə yüzlərlə yerli sakinin işlə təmin edilməsinin, inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchizatının, kütləvi qazlaşdırılmasının, qəsəbənin mərkəzi yolunun əsaslı təmirinin, aqrar sahədə uğurlu nəticələrin əldə olunmasının bu davamlı qayğının bəhrəsi olduğunu diqqətə çatdırıblar.
Qəbul zamanı İcra başçısı vətəndaşlar tərəfindən qəsəbədə yeni məktəbin tikintisi, Xanlıq yaşayış məntəqəsinə çəkilmiş qaz xəttinə mavi yanacağın verilməsinin sürətləndirilməsinin diqqətdə saxlanılması və imkan yarandığı vaxtda həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
Sərraf Mirsəfəroğl
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB