Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə "Xoş söz, xoş niyyət, xeyirxah əməl" adlı aksiya keçirildi. İlk olaraq məktəblilərə "Ana, məni bağışla" adlı kiçik səhnəcik təqdim olundu. Məktəblilərin maraqla izlədikləri kukla tamaşası sona çatdıqdan sonra onları maraqlandıran suallar tamaşanın qəhrəmanı Aişəyə tərəfindən cavablandırıldı.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasının dövlət siyasətinin prioritetini təşkil etdiyini diqqətə çatdırdı: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəltmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur. Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək - bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Mehriban xanımın Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir".
M.İbrahimqızı çıxışında onu da qeyd etdi ki, YAP Nəsimi rayon təşkilatı da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərin problemlərinin və qayğılarının həlli istiqamətində həyata keçirdiyi əhəmiyyətli və böyük layihələrdən örnək alaraq, dövlətimizin apardığı bu siyasət çərçivəsində qaçqın və məcburi köçkünlərlə mütəmadi görüşlər keçirir, onların qayğı və problemləri ilə tanış olur. Növbəti belə bir tədbirin qaçqın və məcburi köçkün uşaqlara psixoloji yardımın göstərilməsidir.
Tədbirdə çıxış edən klinik-psixoloq Roza Kazımlı məktəblilərlə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çəkərək, uşaqlarda psixoloji problemlərin üzə çıxarılmasında rolu olduğunu bildirdi.
Məktəbin direktoru Günəş Hüseynova çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq, aksiyanın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB